ABŞ
Dünyanın maraqla gözlədiyi məktub - Tramp Kim Çen Ina nə yazıb?
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampdan məktub alıb.
Bu barədə KXDR-in Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"Partiyanın, dövlətin və silahlı qüvvələrin ali lideri məktubu oxuduqdan sonra onun məzmunundan razı qaldığını bildirib", - deyə KCNA yazır. Məktubun KXDR liderinə nə vaxt və necə çatdırılması, onun məzmunu haqqında məlumat verməyən agentlik lider Kim Çen Inın məktubun maraqlı məzmunu üzərində ciddi düşünəcəyini bildirdiyini xəbər verib.
Qeyd edək ki, cari ilin fevralında ABŞ və KXDR liderlərinin Vyetnamda keçirilən nəticəsiz görüşündən ötən bir neçə ayda Koreya yarımadasında nüvə məsələsinin həlli ilə bağlı ümidsizlik yaranmışdı. Yonhap agentliyi yazır ki, Donald Trampın KXDR liderinə göndərdiyi məktub ötən il Sinqapurda baş tutmuş birinci KXDR-ABŞ görüşünün ildönümü ərəfəsində Kim Çen Inın Birləşmiş Ştatlar liderinə yazdığı məktuba cavabdır. Donald Tramp KXDR liderindən aldığı məktubu "gözəl" və "çox isti" qiymətləndirmişdi.(aZƏRTAC)
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi


















.jpg)



















