ABŞ-ın ən böyük şəhərində FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi - - FOTO
Bizi izləyin

ABŞ

ABŞ-ın ən böyük şəhərində FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi - - FOTO

ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub.

Publika.az xəbər verir ki, 9 milyona yaxın insanın yaşadığı şəhərdə yerli və milli miqyasda qlobal istiləşmə ilə mübarizə məqsədilə fövqəladə iqlim vəziyyəti elan edilib.

Nyu-York Şəhər Şurası fövqəladə vəziyyət elan olunmasını və qlobal iqlim böhranına dərhal cavab verilməsini ehtiva edən qərar layihəsini səs çoxluğu ilə qəbul edib.

Qərar iqlim dəyişikliyinin necə dayandırılacağına dair qəti siyasət təqdim etmir, lakin bələdiyyələr üçün bu məsələdə mübarizə aparmaq simvolu daşıyır.

“Sərin Dünya üçün İnnovasiya” adlı forumun hesabatına görə, bu günə qədər 15 ölkədə 670 idarəetmə qurumu fövqəladə iqlim vəziyyəti elan edib. ABŞ-da isə Nyu-York xaric olmaqla, 18 şəhər bu addımı atıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm