ABŞ-dan Türkiyə ilə bağlı SON QƏRAR: ən az 5 sanksiya... - FOTO
Bizi izləyin

ABŞ

ABŞ-dan Türkiyə ilə bağlı SON QƏRAR: ən az 5 sanksiya... - FOTO

Donald Tramp Administrasiyası Türkiyəyə CAATSA proqramı çərçivəsində hansı sanksiya paketi tətbiq edəcəyini qərarlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə “Blumberq” siyasi mənbələrə istinadən məlumat yayıb.

Agentliyə danışan mənbələr bildirib ki, Trampın komandası təklif edilən 3 sanksiya paketindən birini seçib. Lakin paketdə yer alan detallarla bağlı məlumat verilməyib. Bildirilir ki, sanksiyalar bu həftə ərzində qüvvəyə minəcək.

CAATSA proqramı (Amerikanın Düşmənlərinə Qarşı Sanskiyalar Yolu ilə Mübarizə Qanunu) 2017-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunub. Proqrama əsasən, Donald Tramp sərtlik dərəcəsi 12 sanksiyadan ən az 5-ni seçmək məcburiyyətindədir. Eyni qanun milli təhlükəsizlik baxımından ABŞ prezidentinə 180 günlük müddət ərzində sanskiyaları təxirəsalma və ya tamamilə kənarlaşdırma səlahiyyəti verir.

S-400 böhranı

Türkiyə Rusiyadan S-400 zenit raket kompleksi aldığına görə ABŞ tərəfindən müxtəlif təhdidlərə məruz qalır. Sistemlərin tədarük prosesi başlanandan bəri ABŞ-ın Türkiyəyə hansı reaksiya verəcəyi maraq dairəsindədir. “Vaşinqton Post”a danışan ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, qanunlar sanksiya tətbiq etməyi məcburi edir. Tramp da bu qanunlara sadiq qalacaq.

Qeyd edək ki, sistemlərin Türkiyəyə tədarükü 12 iyulda hava yolu ilə başlanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm