ABŞ İranla bağlı əsas hədəfi açıqladı: İnqilabçı rejim...
Bizi izləyin

ABŞ

ABŞ İranla bağlı əsas hədəfi açıqladı: İnqilabçı rejim...

Birləşmiş Ştatlar diplomatiyaya vasitəsi ilə İranla münasibətlərdə yaranmış gərginliyin öhdəsindən gəlməyə çalışır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo Kanzas ştatının Universitetində çıxışında deyib.

“Prezident Donald Tramp dedi ki, İran rəhbərliyi ilə görüşməkdən şad olardı. Şaddır - bu, ola bilər ki, bir qədər şişirdilib, amma onlarla görüşməyə dəqiq hazırdır, çünki, nəticədə biz bunu diplomatiyanın köməyi ilə həll etmək istəyirik”, - o bildirib.

O əlavə edib ki, İrandakı inqilabçı rejim Yaxın Şərqdə qeyri-sabitlik yaradan mərkəzi problemdir. Pompeonun iddiasına görə, məhz İranın hərəkətləri öz müstəqilliyinin təminatında İraqın qarşılaşdığı, həmçinin İsrailin şimal sərhədində yaranan təhlükəsizlik problemlərinin əsas səbəbidir.

Bundan başqa, dövlət katibi qeyd edib ki,Tehran Yəməndə husi üsyançılarını və Suriyada prezident Bəşər Əsədi dəstəkləyir.

“Bizim vəzifəmiz İranın davranışlarının dəyişəcəyi şəraiti yaratmaqdır”, - Pompeo vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm