ABŞ-dan Ukraynaya külli miqdarda yardım gedəcək
Bizi izləyin

ABŞ

ABŞ-dan Ukraynaya külli miqdarda yardım gedəcək

ABŞ Ukraynaya hərbi dəstəyini artırır.

Publika.az xəbər verir ki, rəsmi Vaşinqton Ukraynaya 400 milyon dollarlıq hərbi müdafiə yardımı göndərəcək.

Bu barədə Ukraynanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

“Ukraynaya müdafiə sahəsində yardım proqramı” çərçivəsində ABŞ Müdafiə Nazirliyinin büdcəsindən 250 milyon dollar, “Beynəlxalq hərbi maliyyə təmini” proqramı çərçivəsində isə ABŞ Dövlət Departamentinin 2019-cu il üçün nəzərdə tutulmuş büdcəsindən 115 milyon dollar, 2018-ci il büdcəsindən isə 26,5 milyon dollar verilməsi gözlənilir.

ABŞ tərəfindən göndərilən yardım silah, hərbi təchizat alışı və müxtəlif xidmətlər üçün istifadə olunacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm