ABŞ terrorçuları zərbə altından çıxarmağa çalışır - Lavrov
Bizi izləyin

ABŞ

ABŞ terrorçuları zərbə altından çıxarmağa çalışır - Lavrov

ABŞ “Hayat Tahrir aş-Şam” terror qruplaşmasından olan döyüşçülərlə bağlı “loyallıq” haqqında mövqeyini BMT Təhlükəsizlik Şurasının üzvlərinin boynuna qoymağa çalışır, bu məntiq qəbuledilməzdir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BMT Baş Assambleyasında çıxışında bildirib.

Antiterror sahəsində “gizli çağırışlar”ın qaldığını deyən nazirin sözlərinə görə, terrorçuları zərbə altından çıxarmaq, hətta Əfqanıstan, Liviya və Suriya kimi ölkələrdə onlarla qarşılıqlı əlaqə yaratmaq bəzi ölkələr üçün bir qaydaya çevrilib.

“ABŞ-da artıq yüksəkdən danışırlar ki, “Hayat Tahrir aş-Şam” tamamilə “loyal struktur”dur. İdlib ətrafındakı vəziyyət üzrə bu yaxınlardakı müzakirələr də göstərdi ki, Təhlükəsizlik Şurasının üzvlərini də belə qəbuledilməz məntiqə meylləndirmək istəyirlər”, - nazir əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm