Bu ölkədə də vəziyyət qarışdı: 39 yaralı
Bizi izləyin

ABŞ

Bu ölkədə də vəziyyət qarışdı: 39 yaralı

Boliviyada küçə iğtişaşları davam edir.

Publika.az xəbər verir ki, dövlət başçısı Evo Moralesin qalib gəldiyi seçkilərdə onun tərəfdarları ilə hiylədən istifadə olunduğunu iddia edən Karlos Moralesin rəhbərlik etdiyi müxaliflər arasında insident baş verib.

Nəticədə 39 nəfər yaralanıb.

Müxaliflər Amerika Dövlətləri Təşkilatı (OAS) Moralesin müraciəti ilə nəticələrin yoxlanılmasını belə qəbul etmək istəmirlər. Onlar seçkilərin ləğvini və ya ikinci turun keçirilməsini tələb edirlər.

Ölkənin müxtəlif bölgələrindən olan mədən işçiləri dövlət başçısı Moralesi dəstəkləmək üçün La Pas şəhərinə gəlib. Sosial mediada yayılan görüntülərdə mədənçilərin yürüşü əsnasında səs bombalarından istifadə edilməsi əks olunub.

Qeyd edək ki, seçki prosesi oktyabrın 20-də başa çatıb. Amerika Dövlətləri Təşkilatı etirazlara rəğmən, seçkinin nəticələrinin araşdırılacağını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm