ABŞ-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: "Geri qayıtmaq istəyirsə..."
Bizi izləyin

ABŞ

ABŞ-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: "Geri qayıtmaq istəyirsə..."

Türkiyə F-35 proqramına geri qayıtmaq istəyirsə, S-400-dən imtina etməlidir.

Publika.az xəbər verir ki, bunu ABŞ Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələr Ali Komandanlığının (SECEUR) komandiri Tod Uolters deyib.

Paytaxt Vaşinqtonda jurnalistlərə açıqlama verən general bildirib ki, S-400 sistemlərini istifadəyə verməmək və ya depoda saxlamaq belə F-35-lər üçün kifayət deyil.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 müdafiə kompleksi aldığına görə ABŞ tərəfindən müxtəlif sanksiyalara məruz qalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm