Trampdan ŞOK: Ukrayna təyyarəsini İran vurub
Bizi izləyin

ABŞ

Trampdan ŞOK: Ukrayna təyyarəsini İran vurub

ABŞ prezidenti Donald Tramp Tehranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus təyyarə ilə bağlı açıqlama verib.

Publika.az-ın məlumatına görə, o bildirib ki, laynerin qəzaya uğramasına insan amili səbəb ola bilər:

“ Çox pis hislər keçirirəm. Sanki kimsə səhv edib”.

Röyters agentliyinin məlumatına ABŞ adminstrasiyası təyyarənin səhvən raketlə vurularaq, partladığından əmindir. Amerikalılar hadisə ilə bağlı peyk görüntülərini izləyərək belə qənaətə gəlib.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 176 nəfər həyatını itirib. İran hadisənin texniki nasazlıq səbəbiylə baş verdiyini irəli sürüb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm