Tramp üçün kritik gün - Amerikalılar bu tarixi gözləyir
Bizi izləyin

ABŞ

Tramp üçün kritik gün - Amerikalılar bu tarixi gözləyir

Sabah ABŞ-ın Nümayəndələr Palatasında prezident Donald Trampın impiçment təhqiqatına dair sənəd səsverməyə çıxarılacaq.

Publika.az xəbər verir ki, sənəd qəbul olunarsa, Trampın impiçmentinə dair iki maddə Senata göndəriləcək. Sənəd qəbul olunmasa impiçment prosesi yekunlaşacaq.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm