"Maduronun zülmkar hakimiyyəti dağıdılacaq və sındırılacaq" - Tramp
Bizi izləyin

ABŞ

"Maduronun zülmkar hakimiyyəti dağıdılacaq və sındırılacaq" - Tramp

Donald Tramp Venesuelanın dövlət başçısı Nikolas Maduro hökumətini nəzərdə tutaraq, bu ölkədə "zülmü dağıtmağa" söz verib.

Publika.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Konqresə müraciətində bilidirib:

"ABŞ Venesuelanın sosializm diktatoru Nikolas Maduroya qarşı 59 ölkədən ibarət diplomatik koalisiyaya başçılıq edir. Maduro qanunsuz hökmdardır, zülmkardır, hansı ki, öz xalqına qarşı amansızcasına rəftar edir. Amma Maduronun zülmkar hakimiyyəti dağıdılacaq və sındırılacaq. Biz kubalıların, nikaraqualıların və venesuelalıların demokratiyanın bərpasına ümidlərini dəstəkləyirik".

Çıxışından sonra isə o, zalda əyləşən Venesuela müxalifətinin lideri Xuan Quaydoya müraciət edərək, ABŞ-ın məhz onu Venesuelanın "həqiqi və qanuni prezidenti" hesab etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm