Polis Departametinin 98 işçisində koronavirus aşkarlandı - FOTO
Bizi izləyin

ABŞ

Polis Departametinin 98 işçisində koronavirus aşkarlandı - FOTO

ABŞ-ın ən böyük meqapolislərindən biri olan Nyu Yorkun Polis Departamentində işləyən 98 nəfərdə koronavirus aşkarlanıb.

Publika.az xəbər verir ki, departamentin komissarı Dermot Şea virusa yoluxanlardan 70 nəfərinin polis, digərlərinin müxtəlif işçilər olduğunu bildirib.

Onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Nyu York ABŞ-da ən çox koronavirusa yoluxma faktının aşkarlandığı bölgədir. Şənbə günü Nyu Yorkun Presbiterian Tibb Mərkəzinin laboratoriyasında analiz edilən 500 koronavirus testinin yarısı pozitiv çıxıb.

ABŞ Kovid-19-un yayılma sürətinə görə dünyada 4-cü yerdədir (ilk üçlük - Çin, İtaliya, İspaniya). Ölkədə 34 min 953 nəfər infeksiyaya yoluxub. 457 nəfər ölüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm