Trampa ŞOK TƏLƏB: koronavirusun onun işi olduğunu açıqla!
Bizi izləyin

ABŞ

Trampa ŞOK TƏLƏB: koronavirusun onun işi olduğunu açıqla!

Pandemiya səbəbilə neftə tələbin azalması ABŞ-ın bir çox ştatlarında vəziyyəti çətinləşdirib.

Publika.az xəbər verir ki, bu ştatlardan biri olan Oklahomanın qubernatoru Kevin Stitt Prezident Donald Trampa məktub göndərib.

O, prezidentə koronavirus pandemiyasını “Fors-major və ya Tanrının işi” kimi elan etməsi tələbini çatdırıb.

Oklahomanın bir çox ştat kimi COVID-19 səbəbilə neft və təbii qaz məhsullarına olan tələbinin sıfıra çatması, ehtiyat həcminin tükənməsindən mənfi təsir gördüyünü bildirən qubernator neftin həddən artıq istehsalının həm iqtisadiyyatı, həm də ətraf mühiti təhdid altına qoyduğunu qeyd edib. Stitt könüllü şəkildə istehsalı azaltmaq və ya dayandırmaq üçün Trampdan kömək istəyib.

Son rəqəmlərə görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötüb. 56 min 376 nəfər ölüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm