Tramp Çindən külli miqdarda kompensasiya tələb edəcək
Bizi izləyin

ABŞ

Tramp Çindən külli miqdarda kompensasiya tələb edəcək

Koronavirusun dünyaya yayılmasına səbəb olduğu və onun qarşısını ala bilmədiyi üçün Çindən böyük miqdarda kompensasiya tələb olunacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, Çinin virusun mənbəyinin qarşısını ala biləcək şəraiti varkən bunu əngəlləməyib: “Son məbləğə hələ ki, qərar verməmişik. Amma böyük miqdarda olacaq”.

Qeyd edək ki, alman mətbuatı da ölkənin Çindən kompensasiya tələb edəcəyini iddia etmiş, məbləğ 165 milyard dollar olaraq açıqlanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm