Hərbi bazaya NAMƏLUM HÜCUM: 2 əsgər həlak oldu
Bizi izləyin

ABŞ

Hərbi bazaya NAMƏLUM HÜCUM: 2 əsgər həlak oldu

ABŞ-ın Şimali Dakota ştatında hərbi bazaya hücum olub.

Publika.az xəbər verir ki, nəticədə 2 əsgər həlak olub.

Qrand Foks Hərbi Hava Qüvvələri Bazasından verilən yazılı açıqlamada səhər saatlarında bazaya açılan atəş nəticəsində iki hərbçinin öldüyü təsdiqlənib.

Qeyd edilib ki, hərbi heyətin təhlükəsizliyi təmin edilib və cinayət işi açılıb.

Hücumçularla bağlı hər hansı məlumat verilməyib.

Qeyd edək ki, Qrand Foks Hərbi Hava Qüvvələri Bazası hər növ hava şəraitində, gecə və gündüz hündür mövqedən hava kəşfiyyatını təmin edən “RQ-4 Global Hawk” dornlarının mərkəzi mövqeyindədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm