ABŞ
ABŞ BUMERANQI: vətəndaş müharibəsi, terror və xaos başlandı...
“ABŞ-dakı qarşıdurma təkcə etnik məsələ deyil, bir güc olaraq çöküşün nəticələridir. Artıq terror, iqtisadi böhran, vətəndaş qarşıdurması və daxili toqquşmalar ABŞ-ın özünə qayıdır”.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar İbrahim Karagül ABŞ-da ağ dərili polis zabitinin afroamerikalı Corc Floydu öldürməsindən sonra başlanan və xaosa çevrilən etirazları şərh edərkən deyib.
Karagül hesab edir ki, II Dünya müharibəsindən indiyə qədər ABŞ Yaxın Şərqdə, Latın Amerikasında və Cənubi Asiyada nə etmişdisə, indi özünə qayıdır: “Azadlıq və demokratiya adı altında millətlər məhv etdilər, ölkələri xarabaya çevirdilər. Yer kürəsinin sərvətlərini talan etdilər. İndi azadlıq və demokratiya ilə sınanırlar”.

Türkiyəli yazar qeyd edir ki, bundan sonra ABŞ-da yeni böhranlar daha da artacaq: “Daxildə baş verən istənilən hadisə ABŞ-ı daha da zəiflədəcək. ABŞ-la mübarizə aparan hər güc onu daxildə sıxışdırmağın yollarını axtaracaq, bunu sınaqdan keçirəcək”.
İ.Karagül ABŞ-ın üç əsas gücünü itirdiyini yazır.
“Əslində bu ABŞ üçün yeni vəziyyət deyil. Zəifləmə prosesi tədricən, yavaş-yavaş baş verir. Bu, 11 sentyabr terror aktı ilə başladı. Bundan dərhal sonra iki ölkəyə hücum edən ABŞ dünyanı idarə edəcək əxlaqı, iqtisadi gücü və hərbi gücünü itirdi. Bu itkilər İraq müharibəsində qeydə alındı və zəifləmə də o vaxt başladı”, - o bildirib.

Onun sözlərinə görə, bu gün qaradərilərlə döyüşən ABŞ sabah ultra sağçılarla, o biri gün digərləri ilə mübarizə aparacaq: “Daxildəki təhlükəsizlik problemləri və xaricdən gələcək təhdidlər ABŞ-ın siyasi rəhbərliyini ağlasığmaz şeylər etməyə məcbur edəcək, beləliklə, ölkə hər tərəfdən müdaxiləyə açıq vəziyyətinə düşəcək. COVID-19 ABŞ-ın güclü imicini alt-üst etdi. Afroamerikalılara qarşı münasibət isə bu ölkənin azadlıq dəyərini dağıtdı. Tramp etirazlarda əsas rolu oynayan ANTİFA-nı terror təşkilatı elan edəcəklərini açıqlayıb. Halbuki, bu təşkilat Suriyada PKK/PYD düşərgələrində birbaşa ABŞ zabitlərinin nəzarəti altında təlim keçir. Belə görünür ki, ABŞ öz düşmənini öz əli ilə bəsləyir?!”.
İ.Karagül tarixdə bütün imperiyaların belə çökdüyünə diqqət çəkir və ABŞ-ın qlobal güc olmaq potensialının tükəndiyini qeyd edir.
Asif
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı





































