Reper Trampın "kreslo"suna göz dikdi - FOTO
Bizi izləyin

ABŞ

Reper Trampın "kreslo"suna göz dikdi - FOTO

Amerikalı məşhur reper Kanye Uest ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

Publika.az
xəbər verir ki, bu barədə reper "Twitter" səhifəsində yazıb.

Uest hansı partiyanın maraqlarını təmsil edəcəyini və hansı ildə seçkilərə qatılacağı haqqında isə məlumat verməyib. Ancaq repçi indiyə qədər hakim partiyaya və Prezident Donald Trampa olan rəğbətini gizlətməyib.

Xatırladaq ki, bu il milyarder status qazanan Kanye bir neçə dəfə prezident olmaq istədiyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm