ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi
Bizi izləyin

ABŞ

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

ABŞ hərbçiləri qitələrarası “Minuteman III” ballistik raketi sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının məlumatında deyilir.

"Bu səhər bizim döyüş hazırlığımızı və strateji dözümlülüyümüzü göstərən silahsız “Minuteman III” qitələrarası ballistik raket sınaqdan keçirilib", - xəbərdə deyilir.

Raket Kaliforniya ştatının cənubundan Sakit okeandakı poliqona buraxılıb.

Mərmi 6 760 kilometr məsafəyə uçub və Sakit okeanda Kvadjaleyn mərcan adasına çatıb.

Sınaq uğurlu hesab edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm