ABŞ
ABŞ Konqresinin yeni tərkibi fəaliyyətə başladı
ABŞ Konqresinin noyabr seçkilərində seçilən yeni tərkibi öz işinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Bildirilir ki, Konqres fəaliyyətə başlasa da, senat üzərində nəzarət hələ müəyyənləşməyib.
Qeyd edilir ki, yeni tərkibdə demokratlar, zəif də olsa, Nümayəndələr Palatası üzərində nəzarəti əllərində saxlaya biliblər. Hazırda onlar respublikaçıların 211 səsinə qarşı 222 səsə sahibdirlər. Bir dairədə qalib hələ müəyyən olunmayıb, digərində isə yeni seçilmiş konqresmen Lyuk Letlou Konqresin iclasına az qalmış koronavirusdan ölüb.
Ehtimal olunur ki, Nensi Pelosi iki il müddətinə yenidən Nümayəndələr Palatasının sədri seçiləcək. O, demokratların fraksiyasına 2003-cü ildən nəzarət edir.
Konqresin yeni tərkibi yanvarın 6-da keçiriləcək ümumi sessiyada demokrat Co Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyəcək. Bununla yanaşı, güman ki, hər iki palatada respublikaçıların bir hissəsi bu təsdiqə etiraz edəcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
