ABŞ-da virusun daha sürətli yoluxan növü aşkarlandı
Bizi izləyin

ABŞ

ABŞ-da virusun daha sürətli yoluxan növü aşkarlandı

Braziliyada aşkarlanan koronavirusun mutant versiyasına ABŞ-da rast gəlinib.

Publika.az xəbər verir ki, ilk yoluxma Minnesota əyalətində qeydə alınıb.

P.1 adlandırılan virus növünün Səhiyyə Departamentinin ümumi analizləri zamanı təsadüfən aşkarlandığı bildirilib.

Daha yoluxucu mutant versiyanın qarşısının alınması üçün mövcud qabaqlayıcı tədbirlərin sərtləşdirilməsi gözlənilir.

ABŞ mediası Braziliya ştammının Cənubi Afrika variantına bənzədiyini və mövcud peyvəndlərin daha az effektiv ola biləcəyini yazır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm