Baydendən Novruz təbriki: BİZİ YAXŞI GÜNLƏR GÖZLƏYİR
Bizi izləyin

ABŞ

Baydendən Novruz təbriki: BİZİ YAXŞI GÜNLƏR GÖZLƏYİR

ABŞ prezidenti Cozef Bayden Novruz bayramı ilə əlaqədar təbrik yayıb.

Publika.az xəbər verir ki, Bayden müraciətində qeyd edib ki, koronavirus pandemiyası fonunda dünya kifayət qədər mürəkkəb dövrdən keçib, ancaq xoş günlər yaxındadır.

ABŞ prezidenti vurğulayıb ki, Novruz bayramını İrandan başlayaraq Mərkəzi Asiyaya, Yaxın Şərqdən Avropaya qədər bir çox ölkələr qeyd edir.

Dövlət başçısının sözlərinə görə, koronavirus pandemiyası fonunda dünya çətin dövr yaşayır və hətta bayramın qeyd olunması rəqəmsal formatda keçirilir.

"Xatırlamalıyıq ki, bütün ağrılardan və itkilərdən sonra bizi irəlidə ən yaxşı günlər gözləyir. Biz ümumi gələcək, tam sülh və anlayış naminə çalışmalıyıq", - Ağ Ev rəhbərinin müraciətində deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm