ABŞ
ABŞ-da “TikTok” ilə “WeChat” yenidən açıldı
ABŞ prezidenti Co Bayden “TikTok” və “WeChat” tətbiqlərinin ölkə ərazisində bağlanmasına dair sələfi Donald Trampın imzaladığı müvafiq fərmanları ləğv edib.
Publika.az xəbər verir ki, bununla yanaşı, Ağ Ev Çinin nəzarət etdiyi həmin tətbiqləri milli təhlükəsizliyə təhdid olaraq gördüyünü də açıqlayıb. Belə ki, prezident C.Baydenin fərmanında həmin tətbiqlər vasitəsilə fərdi məlumatların toplana biləcəyilə bağlı mümkün təhlükə qeyd olunub.
Fərmanda federal hökumətə milli təhlükəsizlik, xarici siyasət, iqtisadi hədəflər, o cümlədən Amerikanın başlıca dəyərləri və təməl azadlıqları baxımından hər hansı risk olub-olmadığını araşdırmaq çağırışı yer alıb.
Xatırladaq ki, ötən yay prezident Tramp ölkənin internet provayderlərinə hostinq servislərində adıçəkilən mobil tətbiqləri açmağı qadağan edən fərman imzalamışdı. Lakin federal məhkəmə bu fərmanın qüvvəyə minməsini dayandırmışdı.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?