Ağ Ev Putin-Bayden görüşünün proqramını AÇIQLADI
Bizi izləyin

ABŞ

Ağ Ev Putin-Bayden görüşünün proqramını AÇIQLADI

Ağ Evin nümayəndələri bu gün günortadan sonra Cenevrədə Vladimir Putinlə Co Bayden arasında baş tutacaq görüşün proqramını açıqlayıblar.

Publika.az xəbər verir ki, bu barədə TASS Ağ Evə istinadla məlumat yayıb.

Bildirilir ki, Putin Baydenlə Moskva vaxtı ilə 14:35-də görüşəcək. Bundan əvvəl dövlət başçıları Moskva vaxtı ilə saat 14:25-də İsveçrə Prezidenti Guy Parmelin ilə fotosessiyada iştirak edəcəklər.

Genişləndirilmiş formatda danışıqların Moskva vaxtı ilə 15:55-də başlayacağı bildirilir.

Vaşinqton, genişləndirilmiş iclasın mətbuat üçün bağlı qapılar arxasında keçiriləcəyini qeyd edir.

Heyətlərin iştirakı ilə toplantının ikinci turu Moskva vaxtı ilə saat 17:40-da baş tutacaq və Putinlə görüşdən sonra Baydenin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Xatırladaq ki, danışıqlar Cenevrə gölü sahilindəki bir parkda yerləşən 18-ci əsrə aid "Villa La Grange" adlı tarixi binada aparılacaq. Əmlakın ərazisi öncədən Rusiyanın "Resurs-P" peyki tərəfindən çəkilib.

Parmelen, iclasdan əvvəl zirvənin bütün dünya siyasətinə ümid verə biləcəyini söyləyib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm