Yaponiya lideri Baydeni əməkdaşlığa çağırdı
Bizi izləyin

ABŞ

Yaponiya lideri Baydeni əməkdaşlığa çağırdı

Avqustun 10-da Yaponiyanın Baş naziri Yoşihide Suqa ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Publika.az Kyodo agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Tokio Yay Olimpiya Oyunlarının uğurlu təşkili münasibətilə Yaponiya hökumətinin başçısını təbrik edib.

Telefon danışığından sonra Y.Suqa jurnalistlərə deyib ki, ABŞ Prezidentinə Tokioda Yay Paralimpiya Oyunlarını da təhlükəsiz fotmatda keçirmək niyyətində olduğunu deyib və bunun üçün C.Baydeni əməkdaşlığa çağırıb.

Bununla yanaşı, danışıqlar zamanı tərəflərin azad və açıq Hind-Sakit okeanı regionu konsepsiyasının həyata keçirilməsi üçün sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldikləri də qeyd edilir.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları iyulun 23-də avqustun 8-dək keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm