ABŞ və NATO arasında kritik görüş
Bizi izləyin

ABŞ

ABŞ və NATO arasında kritik görüş

Pentaqonda ABŞ və NATO arasında kritik görüş keçirilib.

Publika.az "Milliyet"ə istinadla xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Austin NATO-nun baş katibi Yens Stoltenberqi Pentaqonda qəbul edərək ittifaqın gələcəyini müzakirə edib.

Görüşdən əvvəl qısa açıqlama verən Austin "NATO-nun gücü birlikdən və ümumi məqsəd duyğusundan gəlir" deyib.

ABŞ müdafiə naziri Stoltenberqə keçən ay Əfqanıstandan çıxmaqla ittifaqı idarə etməyə kömək etdiyi üçün təşəkkür edib.

NATO-nun baş katibi verdiyi açıqlamada "Təşkilat hər zamankından daha önəmlidir, çünki biz daha rəqabətli bir dünya ilə üz-üzəyik. Rusiyanın təcavüzkar hərəkətləri göz önündədir. İqtisadi və hərbi gücünü istifadə edən daha iddialı bir Çin görürük. Həm də kibertəhdidlərlə, terror təhdidləri ilə üz-üzəyik" deyib.

O əlavə edib ki, bu çətinliklərlə təkbaşına üzləşə biləcək qitə, ölkə yoxdur: "Şimali Amerika və Avropa olaraq NATO ilə eyni qütbdə dayanmalıyıq. Bir sözlə, ittifaqımızı dəyişən təhlükəsizlik mühitinə uyğunlaşdırmalıyıq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm