ABŞ
ABŞ axtarışda olan BU ERMƏNİLƏRƏ görə mükafat vəd etdi - FOTO
ABŞ-ın Kaliforniya ştatında erməni mənşəli cütlük COVID-19 xəstələrinə yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox pul vəsaitini mənimsədiyinə görə həbs cəzasına məhkum edilib, lakin hüquq-mühafizə orqanları onları tuta bilməyib.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə sui-qəsd, bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onların hər ikisi axtarışdadır, bu səbəbdən məhkəmə cinayətkarlara qiyabi hökm çıxarıb.
Hakim Stiven Uilson hökm oxunarkən Ayvazyanı "qanunlara hörmət etməyən, fırıldaqçılığı nailiyyət hesab edən amansız fırıldaqçı" kimi təsvir edib. Hakim Ayvazyanın qardaşı, 41 yaşlı Arturu da 5 il müddətinə azadlıqdan məhrum edib.
Federal Təhqiqat Bürosu Riçard Ayvazyan və Terabelyan haqqında məlumat verənə 20 min ABŞ dolları mükafat vəd edir. Cinayət işində həmçinin Artur Ayvazyan, Vahe Dadyan, Tamara Dadyan, Arman Hayrapetyanın da adları keçir.
Tural Turan
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR