Kosmosda torpaqsız bitki yetişdi
Bizi izləyin

ABŞ

Kosmosda torpaqsız bitki yetişdi

NASA-nın uçuş mühəndislərindən biri olan Jessica Vatkins Beynəlxalq Kosmik Stansiyada torpaqdan istifadə etmədən bitki yetişdirməkdə uğur qazanan ilk astronavt olub.

Publika.az xəbər verir ki, o, “XROOTS” adlı sistemin köməyi ilə kosmik tərəvəzlər yetişdirib.

“XROOTS təcrübəsi fevral ayında başladılıb və 4-6 ay ərzində ilk məhsullarını verib.

Toxumların inkişafının başlanğıcından məhsul yığımına qədər sistemdə yalnız hidroponik və aeroponik üsullardan istifadə edilib.

Qeyd edək ki, “hidroponika” torpaqdan istifadə etmədən suda minerallarla bitki yetişdirmək, “aeroponika” isə havada və ya dumanda oxşar şəkildə böyümək deməkdir.

NASA rəsmiləri “Sierra Space” adlı özəl şirkət tərəfindən hazırlanan sistemin eksperimental olduğunu vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm