ABŞ
Azərbaycanlıya ABŞ ordusunda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Amerika Hərbi Dəniz Qüvvələrinin zabiti Nəimi Amiral Amerikanın 5-ci Donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Bu barədə Publika.az-a Nəimi Amiralın dostu, diaspora üzrə araşdırmaçı ekspert Elnur Eltürk bildirib.
Amerikanın 5-ci Donanması Bəhreyndə yerləşir. 5-ci Donanma Fars Körfəzi, Hind Okeanı və 22 Yaxın Şərq ölkəsini əhatə edən böyük bir coğrafiyanın təhlükəsizliyini təmin edir. Nəimi Amiral bundan əvvəl Pentaqonda, Dəniz Qüvvələri mərkəzi aparatında Rusiya və Avropa şöbəsinə rəhbərlik edirdi. Bu günlərdə komandanlıq tərəfindən Nəimi Amiral bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, Nəimi Amiral 20 ilə yaxındır Amerika Hərbi Dəniz Qüvvələrində xidmət edir və polkovnik rütbəsi daşıyır. Azərbaycanın tanınmış mədəniyyət və insəsənət xadimləri ilə dostluq münasibətləri var. Oğlu Kamal Amiral şahmatla peşəkar səviyyədə məşğul olur və Azərbaycan dilində səlis danışır.
-
Yaxın Şərq13:41İranın yeni ali rəhbəri sağ imiş - Rəsmən təsdiqləndi
-
Magazin213:01Supermodel geyimi ilə gündəm oldu - Fotolar
-
İdman12:46Arbeloa Ardanın qolu haqqında elə sözlər dedi ki...
-
ABŞ12:01O sağdırsa, təslim olmalıdır! - Tramp
-
Yaxın Şərq11:21İranda İsrail kəşfiyyatına işləyən xeyli sayda agent saxlanıldı
-
Nida Xəbər 10:41Belçikanın sabiq Baş naziri Aİ-nin Azərbaycana qarşı ikili yanaşmasını kəskin tənqid etdi
-
MDB10:00Rusiyada zəlzələ baş verdi
-
İdman08:48Arda Gülərdən fantastik qol - Video


































