ABŞ Konqresi Trampa görə təcili brifinq tələb etdi
Bizi izləyin

ABŞ

ABŞ Konqresi Trampa görə təcili brifinq tələb etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının iki komitəsinin sədrləri Carolyn Maloney və Adam Schiff ölkənin keçmiş lideri Donald Trampın Florida ştatındakı malikanəsində məxfi sənədləri saxlayaraq milli təhlükəsizliyə zərər vurub-durmadığına dair təcili brifinq tələb ediblər.

Publika.az xəbər verir ki, bu avqustun 14-də millət vəkillərinin milli kəşfiyyatın direktoru Avril Haynsa ünvanladığı məktub açıqlanıb.

“Biz Trampın məxfi məlumatları götürüb öz mülkündə saxlaması ilə bağlı məlumatla əlaqədar dərhal zərərin qiymətləndirilməsini xahiş edirik” , - sənədin mətnində deyilir.

Həmçinin, qanunvericilər mümkün olanı qiymətləndirmək və Konqres üzvləri üçün gizli brifinq keçirmək zərurətində təkid edirlər.

Bundan əvvəl ABŞ-da məhkəməsi Trampın malikanəsində axtarış qərarı, habelə həbs edilmiş əmlakın inventarını çıxarıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm