ABŞ Ukraynaya Sovet tanklarının tədarükünü asanlaşdıracaq
Bizi izləyin

ABŞ

ABŞ Ukraynaya Sovet tanklarının tədarükünü asanlaşdıracaq

Ağ Ev Şimali Atlantika Alyansına daxil olan dövlətlərdən Ukraynaya Sovet istehsalı olan tankların, eləcə də digər silahların tədarükünü asanlaşdırmağa davam edəcək.

Publika.az CBS-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib .

"Təkcə ABŞ indiyədək Ukraynaya hava hücumundan müdafiə sistemləri, yüzlərlə artilleriya qurğusu, yüz minlərlə, hətta milyonlarla artilleriya mərmiləri də daxil olmaqla, 15 milyard dollardan çox silah-sursat verib. Biz NATO müttəfiqlərindən tankların köçürülməsinə şərait yaratdıq. Sovet dövründə ukraynalıların təlim keçdiyi tanklara sahib olsaq, biz bütün bunları etməyə davam edəcəyik”, - deyə Sullivan bildirib.

Xatırladaq ki, Yunanıstan Ukraynaya 40 Sovet BMP-1 verəcək. Eyni zamanda, bu tədarüklər Almaniya tərəfindən kompensasiya ediləcək və Yunanıstana daha müasir piyada döyüş maşınları verəcək.

Həmçinin məlum olub ki, Almaniyanın Rheinmetall şirkəti Ukrayna üçün 16 "Marder" piyada döyüş maşını bərpa edib, lakin Berlindən gələn maneələr səbəbindən tədarükə başlamaq hələ də mümkün deyil.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm