Ağ Ev OPEC+-ı Rusiya ilə həmrəylikdə İTTİHAM ETDİ
Bizi izləyin

ABŞ

Ağ Ev OPEC+-ı Rusiya ilə həmrəylikdə İTTİHAM ETDİ

Ağ Ev OPEC+-ı Rusiya ilə həmrəylikdə ittiham edib.

Publika.az bu barədə xarici KİV-ə istinadla yazır.

Qeyd edilir ki, buna səbəb OPEC+ ölkələrinin noyabr ayından başlayaraq gündəlik neft hasilatını 2 milyon barel azaltmaq barədə razılığa gəlməsi olub.

Ağ Ev hasilatın azaldılması qərarını “səhv” adlandırıb.

Onlar qeyd ediblər ki, OPEC belə bir qərar verməklə Rusiyanın tərəfində olub.

"OPEC+-ın bugünkü bəyanatından sonra Rusiyanın tərəfini tutduğu aydındır. Bu qərar aşağı və orta gəlirli ölkələrə təsir edəcək ", - Ağ Evin mətbuat katibi Jean-Pierre deyib.

Daha əvvəl OPEC+ avqust ayı üçün razılaşdırılmış səviyyələrin istinad bazası kimi götürüləcəyini bildirmişdi.

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman isə Vyanada keçirilən OPEC+ iclasının yekunlarına dair mətbuat konfransında deyib ki, OPEC+-ın qəbul etdiyi qərarlar alyansın neft bazarındakı vəziyyəti diqqətlə izlədiyini göstərir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm