Menendez: F-16-ların Türkiyəyə satılmasına MANE OLACAM
Bizi izləyin

ABŞ

Menendez: F-16-ların Türkiyəyə satılmasına MANE OLACAM

Demokrat senator Bob Menendez Ağ Evin Türkiyəyə F-16 hərbi təyyarələri satmaq cəhdlərinə mane olacağını bildirib.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Senatorun sözlərinə görə, o, "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinə görə bu cür razılaşmaların qəti əleyhinədir".

“Mən Baydenin Türkiyəyə yeni F-16 satmasına qəti şəkildə qarşıyam. Prezident Ərdoğan beynəlxalq hüququ pozmağa, insan haqlarına və demokratik normalara məhəl qoymamağa, Türkiyədə və qonşu NATO müttəfiqlərinə qarşı üsyankar və sabitliyi pozan şəkildə davranmağa davam edir”, - Menendez bildirib.

Senator qeyd edib ki, o, "Ərdoğan siyasətini dəyişdirənə qədər sövdələşməni əngəlləmək niyyətindədir". O, həmçinin əlavə edib ki, bu, ilk növbədə, müttəfiqlərə qarşı təhdidlərin dayandırılmasına aiddir.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm