Kissincerdən xəbərdarlıq: Bu dəfə daha dəhşətli olacaq
Bizi izləyin

ABŞ

Kissincerdən xəbərdarlıq: Bu dəfə daha dəhşətli olacaq

"İkinci "Soyuq müharibə", iştirakçılarının müqayisəli resurslarına görə, 20-ci əsrin ikinci yarısında SSRİ ilə ABŞ arasındakı qarşıdurmadan daha dəhşətli ola bilər".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, bu qəbildən olan qarşıdurma Çin və ABŞ arasındadır. Amerika diplomatiyasının patriarxı hesab edir ki, Qərb ölkələrində mövcud olmuş "Səma İmperiyası"nın “qərbləşməsi” gözləntilərinə baxmayaraq, Vaşinqton və Pekin artıq düşmənə çevrilib. Ona görə də o hesab edir ki, Çinin Qərbin mövqeyini qəbul edəcəyinə ümid etmək, artıq inandırıcı strategiya deyil. Kissincerin fikrincə, bu qarşıdurma üçün əlavə təhlükə Çin və ABŞ-ın müqayisə edilə bilən maliyyə və iqtisadi resurslara malik olmasıdır ki, birinci "Soyuq müharibə" dövründə belə deyildi.

Ukraynadakı münaqişədən sonra təhlükəsizlik arxitekturasının perspektivlərindən danışan ABŞ-ın keçmiş dövlət katibi belə bir düstur təklif edib: “Son nəticədə biz Rusiyanı istəmiriksə, Ukraynaya, Rusiyaya da yer tapmalıyıq",- o deyib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm