ABŞ
Rusiyanı təcrid etmək üçün konkret plan hazırlanır - ABŞ açıqladı
Mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 liderlərinin sammitində Rusiyanın təcridini artıracaq və Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarını zəiflədəcək konkret addımlar atılacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Rusiyanın işğalından sonra keçən 15 ay ərzində G7 Ukrayna ilə həmrəylik nümayiş etdirdi, dünyanı Ukraynaya dəstək üçün topladı və Putini bütün dünyada əsas texnologiya və maliyyə vəsaitlərindən təcrid etdi. Siz Rusiya Federasiyasının daha da təcrid edilməsi və onun qəddar müharibə aparmaq qabiliyyətinin zəiflədilməsi üçün konkret addımların şahidi olacaqsınız”, - o deyib.
Kirbinin fikrincə, G7 ölkələrinin həmrəylik səviyyəsi indi keçən il olduğundan daha yüksəkdir.
Ayşən
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI


































