ABŞ
ABŞ-ın Suriyadakı hərbi bazası yenə VURULDU
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) hücum edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yerli mənbəyə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, hücum nəticəsində bazada üç partlayış səsi eşidilib.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Austin bildirib ki, Birləşmiş Ştatlar öz ordusuna hücumlara dözməyəcək və Yaxın Şərqdə Amerika qüvvələrini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək.
Qeyd edək ki, yanvarın 28-nə keçən gecə İranın pilotsuz təyyarəsi Suriya və İordaniya sərhədindəki Amerika hərbi bazasına hücum edib. Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, ABŞ Silahlı Qüvvələri düşmənin atəşindən sonra şəxsi heyət itkisinə məruz qalır.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı
-
Ekologiya07:17Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin206:46Ölən oğlunun evini 6 milyona satır






































