ABŞ
Süni mayalanma cinayət hesab edildi
![](https://publika.az/storage/2021/12/02/emeliyyat_cerrahiye_1.jpg?v1722040638)
ABŞ-ın Alabama ştatında mayalanma üçün dondurulmuş embrionlar “uşaq” kimi qiymətləndirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ştatın Ali Məhkəməsinin “mütəxəssislərin embrionların təsadüfən məhv edilməsinə görə məsuliyyət daşıyacağına dair” qərarında yer alıb.
Qərardan sonra ştatdakı süni mayalanma mərkəzlərində in vitro (IVF) mayalanma işləri dayandırılıb.
Ştatdakı əsas in vitro mayalanma mərkəzlərindən biri olan Alabama Universitetinin Sağlamlıq Mərkəzi (UAB) IVF xidmətlərini dayandırdıqlarına dair məlumat yayıb.
Açıqlamada bildirilib ki, həkimlər in vitro mayalanma müalicələrində cinayət təqibinə məruz qalma və ya cəza ilə üzləşmə hallarını daha yaxşı qiymətləndirmək üçün xidmətlərini dayandırıblar.
“Bu qərar bütün alabamalılara təsir edir, çünki ailə sahibi olmaq istəyənlər üçün imkanlar məhdudlaşır. Bu, çox güman ki, ştatda doğuş sayının azalması ilə nəticələnəcək. Belə görünür ki, reproduktiv yardım üçün heç bir alternativ buraxmayacaqlar”, - deyə Alabama Ştat Tibb Assosiasiyasının məsələ ilə bağlı yaydığı yazılı bəyanatda bildirilib.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO