NATO Ukraynaya görə xaos içindədir - Consondan KRİTİK AÇIQLAMA
Bizi izləyin

ABŞ

NATO Ukraynaya görə xaos içindədir - Consondan KRİTİK AÇIQLAMA

"NATO daxilində Ukrayna ilə bağlı fikir ayrılığı artmaqda davam edəcək".

Publika.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti Larri Conson "Dialogue Works" "YouTube" kanalında bildirib.

Ekspertin fikrincə, ABŞ Polşa və Almaniyaya "Patriot" raket batareyalarını Kiyevə ötürmək üçün təzyiq göstərsə də, onlar bundan imtina ediblər.

"Macarıstan deyir ki, Ukraynaya heç nə verməyəcək, Slovakiya Ukraynaya bir neçə təyyarə satmaq istəyən və ya faktiki olaraq satan şəxsi mühakimə etməyə çalışır, ona görə də NATO-da parçalanma getdikcə artır. NATO xaos içindədir", - Conson deyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm