ABŞ bu prezidentə qarşı sanksiya tətbiq edir: “Qohumbazlıq şəbəkəsi...”
Bizi izləyin

ABŞ

ABŞ bu prezidentə qarşı sanksiya tətbiq edir: “Qohumbazlıq şəbəkəsi...”

ABŞ Dövlət Departamenti Bosniya və Herseqovinada Serb Respublikasının prezidenti Milorad Dodikə dəstək verən 2 şəxsə və 7 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, Dövlət Departamenti Dodikin regional sülhə xələl gətirmək üçün davam edən cəhdlərini pisləyib.

“Dodik şəxsi gəlirlərini artırmaq üçün vəzifəsindən istifadə edir. Beləliklə, o “qohumbazlıq şəbəkəsi”nə ciddi gəlir gətirir. Dodik Bosniya və Herseqovinanın konstitusiyasına əks olaraq, ölkənin gələcəyini təhlükə altına atır”, - bəyanatda qeyd edilib.

Vurğulanıb ki, ABŞ Dodikin korrupsiyasına və xalqı istismarına şərait yaradanlarla mübarizə aparmaq üçün əlində olan bütün vasitələrdən istifadə edəcək.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm