Dağıstanda niqabla bağlı QADAĞA - Müftilik qərar qəbul etmək üçün şərtləri AÇIQLADI
Bizi izləyin

MDB

Dağıstanda niqabla bağlı QADAĞA - Müftilik qərar qəbul etmək üçün şərtləri AÇIQLADI

Dağıstan Müftiliyi şəriətdə nəzərdə tutulan belə hallardan misallar göstərdikdən sonra niqab taxmağa yerli qadağanın tətbiqi barədə qərar verəcək.

Publika.az xəbər verir ki, bu şərtləri respublika müftisinin müavini Abdulla Səlimov özünün "Telegram" kanalında bildirib .

Səlimov qeyd edib ki, bu məsələ ilə bağlı “hamı fətvanı səbirsizliklə gözləyirdi”, amma nəticədə dərc olunmuş mətni səhv oxuyub şərh ediblər.

“Qeyd edim ki, fətva şöbəsi gələcəkdə şəriətdə nəzərdə tutulan niqab taxmağın qadağan olunması ilə bağlı misallar təqdim edəcək”, - deyən Səlimov yekun qərarın bu məlumat əsasında veriləcəyini vurğulayıb.

"Dağıstan Müftiliyi yanında fətvalar (teoloji və hüquqi rəylər) şöbəsi niqab taxmağa ümumi qadağanın tətbiqi üçün heç bir əsas görməyib. Müəyyən hallarda təhlükəsizlik baxımından niqab taxmağa yerli qadağa tətbiq oluna bilər, lakin bu müvəqqəti xarakter daşımalı və yalnız xarici amillərlə müəyyən edilməlidir", - deyə fətva şöbəsinin müdiri Əhməd-Hacı İsayev izah edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm