Təcavüzkar idmançı Olimpiadadan uzaqlaşdırılacaq? – 20 min imza toplandı
Bizi izləyin

İdman

Təcavüzkar idmançı Olimpiadadan uzaqlaşdırılacaq? – 20 min imza toplandı

12 yaşlı qıza təcavüz edən niderlandlı voleybolçu Stiven van de Velde Paris Olimpiadasından qovulmağa çağırış edilib.

Publika.az xəbər verir ki, “Change.org” portalında Beynəlxalq Olimpiya Komitəsini (BOK) çimərlik voleybolu üzrə yarışmaq niyyətində olan idmançının Olimpiadada iştirakdan kənarlaşdırmasını tələb edən petisiya peyda olub. Petisiya 20 min nəfərdən çox şəxs tərəfindən imzalanıb.

“Mən Beynəlxalq Olimpiya Komitəsini Stiven van de Veldeni növbəti Olimpiya Oyunlarında qadağan etməyə çağırıram. Çünki o, uşaq zorakılığı törətmiş şəxsdir. 12 yaşlı qızı aldadaraq görüşüb ki, ona təcavüz etsin. 4 il həbs cəzasına məhkum edildi, ancaq cəmi 12 ay çəkdi. Günahsız qız isə ömrünün sonuna qədər ağır travma ilə yaşamalı olacaq.

Van de Veldenin iyrənc keçmişi ört-basdır edilməməli və Olimpiada kimi mötəbər tədbirdə uğur simvolu olmamalıdır. Söhbət təkcə bir nəfərdən getmir, Olimpiya Oyunlarının qlobal imicindən və bizim yaşamaq istədiyimiz cəmiyyətdən gedir”, – deyə petisiya müəllifi Lauren Muir bildirib.

Qeyd eədk ki, 29 yaşlı Van de Velde 2017-ci ildə 12 yaşlı qıza təcavüz etdiyinə görə həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm