Trampı “Hitler” adlandırıb, mühacirlə evlənib, Ukraynaya... - Vens əslində kimdir?
Bizi izləyin

ABŞ

Trampı “Hitler” adlandırıb, mühacirlə evlənib, Ukraynaya... - Vens əslində kimdir?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayo ştatından senator Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi irəli sürüb.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Vensi “Ukrayna üçün fəlakət” adlandırıb, çünki o, Kiyevə hərbi dəstəyə qarşıdır.

39 yaşlı senator Ceyms Devid Vens Ohayo Dövlət Universitetini bitirib, daha sonra Yale Hüquq Məktəbində təhsil alıb. Vens karyerasına vəkil kimi başlayıb, nüfuzlu hüquq firması "Sidley Austin"də, həmçinin "Revolution LLC" vençur kapitalı firmasında çalışıb. 2016-2017-ci illərdə PayPal ödəniş sisteminin təsisçisi Peter Thielin rəhbərlik etdiyi "Mithril Capital" investisiya firmasının direktoru olub. Vens hindistanlı mühacirin qızı Uşa Çilukuri ilə evlidir, cütlüyün üç övladı var. 2019-cu ilə qədər siyasətçi yevangelist inanclara sadiq olsa da, sonradan katolikliyi qəbul edib.

Devid Vens mühafizəkardır. O, ənənəvi ailə dəyərlərinə görə abort və qeyri-məhdud mühacirətin qadağan edilməsini müdafiə edir, həmçinin iqlim böhranı konsepsiyasını tənqid edir. Vens Donald Trampın fəal tərəfdarı hesab olunur, baxmayaraq ki, o, əvvəllər keçmiş prezidenti dəfələrlə tənqid edib. Hətta onu “Amerika Hitleri” adlandırıb və buna görə sonradan üzr istəyib.

Senator Orta Qərbin depressiyaya uğramış sənaye bölgələri olan “Rust Belt”ə xüsusi diqqət yetirərək, adi amerikalıların maraqlarının qorunmasının tərəfdarıdır. Trampın sözlərinə görə Vens amerikalı işçiləri və fermerləri dəstəkləyir.

Politoloqlar Vensi “kəskin dilli, telegenik, radikal işçi sinfi qəhrəmanı” kimi təsvir edərək, onun seçilməsindən sonra Respublika Partiyasının nəhayət “Trampist” olacağını qeyd edirlər.

Respublikaçı Devid Vens Ukrayna münaqişəsinə son qoymaq təşəbbüsünü dəstəkləyir. O, prezident Co Baydeni Ukraynaya “məhdudiyyətsiz yardımı” dayandırmağa çağıran və ABŞ-ın gələcək dəstək paketlərini bloklamaqla hədələyən respublikaçı qanunvericilər sırasında yer alıb.

Ukrayna lideri Vladimir Zelenskinin 2023-cü ilin dekabrında Vaşinqtona səfərindən əvvəl Vens Ağ Evdən Ukrayna qoşunlarının Rusiya Federasiyasının yeni bölgələrindən çıxmalı olduğunu etiraf etməyi tələb edib. Onun fikrincə, ərzaq və enerji böhranlarına baxmayaraq, münaqişəyə son qoymaq ABŞ-ın maraqlarına uyğundur.

Əvvələr Vens Donald Trampa şübhə ilə yanaşırdı. Senator daha sonra fikrini dəyişərək etiraf edib ki, Trampın rəhbərliyi altında “dünya daha yaxşı yer olacaq ”, çünki o, “böyük siyasətçi”dir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm