Dünya
İsrail İranla bağlı ABŞ-a görün nə təklif edib - Təl-Əviv narahatdır ki...
İsrail rəsmiləri İrana qarşı potensial hərbi əməliyyatları təxirə salınmasını Ağ Evə təklif ediblər.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
İsrail rəsmiləri ABŞ Prezidenti Donald Tramp administrasiyasına bildiriblər ki, İranda hakimiyyətin dəyişdirilməsini və Vaşinqtonun bu istiqamətdəki səylərini tam dəstəkləsələr də, hazırkı mərhələdə xarici hərbi müdaxilənin etirazçılar tərəfindən başlanmış prosesi yarımçıq qoya biləcəyindən narahatdırlar.
Bildirilir ki, israilli tərəfdaşlar ABŞ-a alternativ fəaliyyət variantları da təklif ediblər. Həmin variantlar sırasında İranda internet əlaqəsinin yaxşılaşdırılması, iqtisadi sanksiyaların gücləndirilməsi və kiberhücumların həyata keçirilməsi yer alır.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlı hələ yekun qərar verməyib. Onun sözlərinə görə, bu məsələdə qərar qəbul edilməsi Ağ Evin qarşısında duran vəzifələr sırasındadır.
Yanvarın 14-də Tramp bəyan edib ki, İranda etirazçılara dəstək dedikdə, o cümlədən iqtisadi tədbirləri nəzərdə tutur. ABŞ Prezidenti əlavə edib ki, etirazlar zamanı qan tökülməsi dayandırılana qədər iranlı rəsmilərlə bütün görüşləri ləğv edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
