İran-İsrail müharibəsinə hazırlıq: ABŞ qoşunlarını bu ölkələrin sərhədinə yığır
Bizi izləyin

ABŞ

İran-İsrail müharibəsinə hazırlıq: ABŞ qoşunlarını bu ölkələrin sərhədinə yığır

ABŞ İranın İsrailə gözlənilən hücumu ilə əlaqədar İraq və Səudiyyə Ərəbistanı arasına qoşun köçürür.

Publika.az xəbər verir ki, bu barədə "Al Mayadeen" xəbər yayıb.

"Arar keçid məntəqəsində bir neçə ABŞ hərbi karvanı görünüb. Bu, yəqin ki, İranın mümkün zərbəsinə hazırlıqdır", - deyə telekanal vurğulayıb.

Qeyd edək ki, iyulun 31-də Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iqamətgahına hücum nəticəsində həyatını itirib. İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani İsraili Haniyənin ölümünə görə hədələyib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm