Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır
Bizi izləyin

Avropa

Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır

Avropa İttifaqına üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə bağlı iclasının təcili çağırılmasını tələb ediblər.

Publika.az xəbər verir ki, bunu Aİ-nin baş diplomatı Jozep Borrell deyib

O, təşkilata üzv 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra bildirib: “İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”.

Borrellin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahatdır.

"Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik", - deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm