Dünya
Saymon Keys istefa verdi - Nevroloji xəstəlik diaqnozu qoyulub
Böyük Britaniyanın yüksəkvəzifəli dövlət qulluqçusu Saymon Keys istefa verdiyini və ilin sonunda postunu tərk edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Böyük Britaniyanın Nazirlər Kabinetinin katibi Saymon Keys istefa qərarını keçən il ona qoyulan nevroloji xəstəlik diaqnozuna əsaslanaraq verib.
Maraqlıdır ki, bu qərar Nazirlər Kabinetində baş verən qalmaqallı hadisələrdən bir neçə gün sonra verilib.
“The Independent” qəzetinin məlumatına görə, bir neçə nazir Baş nazir Kir Starmerdən Saymon Keysin dərhal vəzifəsindən uzaqlaşdırılmasını tələb edib. Bəzi nazirlər onu hökumət daxilində “zəhərli mühit” yaratmaqda ittiham edib. İddialar arasında Lord Vahid Allidən gələn ianələr barədə məlumat sızmalarını dayandıra bilməməsi və Kir Starmerin baş müşaviri Syu Qreyə qarşı mənfi məlumatların yayılması ilə bağlı ittihamlar da yer alıb.
Bununla belə, istefa məktubunda Saymon Keys bu ittihamların qərarı ilə əlaqəsi olmadığını vurğulayıb və istefasının sırf sağlamlıq problemləri ilə bağlı olduğunu açıqlayıb.
-
Dünya01:10
İsrail Livanın cənubuna fosfor bombası yağdırır - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: yeni imkanlar qapınızı döyür
-
Dünya30 Sentyabr 23:51
İsrail Livanda quru əməliyyatına başladı - VİDEO
-
Ekopublika.az30 Sentyabr 21:47
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
-
İdman30 Sentyabr 19:40
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
-
Ekopublika.az30 Sentyabr 19:15
Bakıda mənzillər son 1 ildə nə qədər bahalaşıb?
-
İdman30 Sentyabr 19:05
Serhat Akına silahlı hücum edən 5 nəfər həbs olundu
-
Region30 Sentyabr 18:00
İran Ermənistanda bu mərkəzi də qurdu: Qonşularımızın niyyəti nədir?