Dünya
Dünya təşvişdə: Hər an nəzarətdən çıxa bilər - Qorxulu proqnoz
Yaxın Şərqdə alovlanan müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq qeyri-mümkündür.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində danışıb.
Diplomat nə avropalı, nə də region siyasətçilərinin hadisələrin gedişatını öncədən görə bildiyini vurğulayıb.
"Düşünmürəm ki, hazırda kiminsə dəqiq məlumatı olsun. Müharibələri başlamaq asandır, lakin onlar həmişə nəzarətdən çıxır və daha böyük xaosa səbəb olur", - deyə Kallas qeyd edib.
Aİ rəsmisi strateji əhəmiyyətli Hörmüz boğazındakı gərginliyə də toxunub. O bildirib ki, dünya neft-qaz tədarükünün mühüm hissəsinin keçdiyi bu marşrutda gəmiçiliyin sığortalanması variantları müzakirə edilir. Lakin bu, təhlükəsizliyə tam təminat vermir:
"Əgər bir gəmi kapitanı təhlükə səbəbindən boğazdan keçməmək qərarı verərsə, heç kim onu buna məcbur edə bilməz".
Adəm
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO
-
Ekologiya07:17Bu gün rayonlarda 39 dərəcə isti olacaq
-
Magazin206:16Tarkan xanımı və qızı ilə - FOTO

















.jpg)


















