ABŞ
Demokratlar axtarışa başladı: Məğlubiyyətdə günahkar kimdir?
Kamala Harrisin prezident seçkilərində məğlub olmasından sonra Demokratlar Partiyasının nümayəndələri uğursuzluğa görə bir-birini ittiham etməyə başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"Demokratlar bir-birini gözümçıxdıya salıb. Seçkilər bitər-bitməz Demokrat Partiyasının zəif nəticələrinə görə günahkar axtarışına artıq ciddi şəkildə başlanılıb", - nəşr yazır.
Bəzi demokratlar özlərini və onların hazırkı prezidenti Co Baydeni yanlış zamanda prezidentlik yarışını tərk etməkdə günahlandırırlar. Digərləri Harrisin günahkar olduğunu iddia edirlər.
Qeyd edək ki, ABŞ-da keçirilən son prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. KİV Trampın seçki gecəsi qalib elan edildiyini qeyd edib. Bundan əlavə, Tramp bütün əsas ştatlarda qalib gələ bilib. Nəticələr açıqlandıqdan sonra siyasətçi Floridadakı tərəfdarlarına müraciət edib.
Adəm Abbaslı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)
























