Ekologiya
Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…
Azərbaycanda sentyabr və oktyabr aylarında payız mövsümünə uyğun olmayan isti hava şəraiti müşahidə olunub. Lakin artıq havalar dəyişib: Bakıda yağış, bəzi rayonlara isə qar yağır. Bildirilir ki, yaxın günlərdə qarlı-yağışlı hava daha çox müşahidə olunacaq. Temperaturun qısa müddətdə kəskin dəyişməsi isə insan sağlamlığı üçün müəyyən risklər yaradır.
Əhali bu məqamda nələrə diqqət etməlidir?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayevanın sözlərinə görə, xüsusilə yaşlı insanlar, uşaqlar, astma və digər tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər diqqətli olmalıdırlar:
“Ürək-damar xəstəlikləri olan insanlar da temperatur dəyişikliklərinə qarşı həssasdırlar. Soyuq və rütubətli hava bəzi insanlarda oynaq ağrılarını artıra bilər. Mövsümi respirator infeksiyalar bu dövrdə daha çox yayılır”.
Terapevt bildirib ki, insanlar hava şəraitinə uyğun geyinməli, xüsusilə səhər və axşam saatlarında soyuqdan qorunmalıdırlar:
“Yağışlı havalarda islanmış paltarla uzun müddət qalmaqdan çəkinmək lazımdır. Qidalanmaya diqqət yetirmək, kifayət qədər su içmək və yuxu rejimini qorumaq da vacibdir. Xroniki xəstəlikləri olan şəxslər həkimin təyin etdiyi müalicəni davam etdirməlidirlər. Həmçinin, xəstə insanlarla yaxın təmasın azaldılması və əllərin mütəmadi yuyulması infeksiyalardan qorunmağa kömək edir. Uşaqların və yaşlıların hava şəraitinə uyğun geyinməsinə xüsusi diqqət yetirilməlidir. Hər hansı xəstəliyin əlamətləri yarandıqda özbaşına dərman qəbul etmək əvəzinə həkimə müraciət etmək məsləhətdir. Yüksək hərarət, nəfəs darlığı və ya sinə ağrısı kimi ciddi əlamətlər olduqda isə tibbi yardıma gecikmədən müraciət edilməlidir”.
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı













.jpg)


.jpg)


















