ABŞ
Trampın müşaviri Rusiya-Ukrayna müharibəsini ətçəkən maşına bənzətdi
Yanvarın 20-də and içərək ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayacaq Donald Tramp milli təhlükəsizlik müşaviri Mayk Vals vasitəsilə ölkənin düşmənlərinə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Vals Trampın Baydenin Ukraynaya Rusiyanı vurmaq icazə verməsi ilə bağlı eyni fikirdə olduğunu deyib.
O, bu məsələlərlə bağlı “Fox News”a müsahibə verib.
Vals Rusiyanın keçən həftə Ukraynanı orta mənzilli ballistik raketlərlə vurmasını gərginliyi artıran növbəti addım kimi dəyərləndirib:
“İndi cavab olaraq Ukraynaya Rusiyanın daha dərinliklərinə hücuma keçməsinə icazə verdik. Təchizat anbarları və hava bazaları kimi yerlər vurulur. Rusiya prezidenti Vladimir Putin keçən həftə ABŞ-ın “ATACMS” və Böyük Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyaya qarşı atılmasından sonra regional münaqişənin qlobal elementlər qazandığını iddia edib. Tramp Baydendən fərqli olaraq Ukraynaya dəstəyi dayandırdığı zaman müharibəni sonlandıracaq”.

Vals Trampın müharibənin sona çatması ilə bağlı fikirlərini çox açıq şəkildə ifadə etdiyini bildirib. Gələcək milli təhlükəsizlik müşaviri Rusiya-Ukrayna müharibəsinin Birinci Dünya müharibəsi kimi səngər müharibəsinə çevrildiyini qeyd edib və münaqişəni ətçəkən maşına bənzədib.
Aysel Şahmar
-
Sosial00:45Sayğacdakı problemə görə fantastik məbləğdə borc gəldi - Video
-
Qoroskop00:00Günün ulduz falı - Yeni imkan qapısı açıla bilər
-
Magazin131 Yanvar 23:24Elnarə saçlarını buna görə kəsibmiş...
-
Magazin131 Yanvar 23:12Samir Bağırov həmin illərdən danışdı: "Həyatımın ən qaranlıq dövrü idi" - VİDEO
-
Magazin231 Yanvar 22:36Uşaq film ulduzu PULDAN İMTİNA ETDİ - Yoxsulluq andı içdi və...
-
Rəsmi xronika31 Yanvar 21:15“Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”
-
Region31 Yanvar 20:12Türkiyədə tələbələr qəzaya düşdü: çox sayda yaralı var
-
Hadisə31 Yanvar 20:00Sumqayıtda TOYDA FACİƏ - 49 yaşlı kişi rəqs edərkən öldü




























.jpg)






