Nida Xəbər
Prezident Mikayılovu buna görə işdən azad edib
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.
Publika.az Unikal-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb son dövrlər adı bir sıra cinayət işlərində hallanan proseslərlə bağlı olub.
Bir müddət əvvəl icra başçısının müavinləri və digər bəzi rəsmi şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və onlar həbs ediliblər. Həmin vaxt Süleyman Mikayılovun saxlanılan şəxslərə istintaq prosesində onun adının çəkilməməsi ilə bağlı tapşırıq verdiyi, eyni zamanda onların ev dustaqlığına buraxılmasına kömək edəcəyinə söz verdiyi iddia olunur.
Lakin müəyyən müddət keçməsinə baxmayaraq, vəd edilən addımların atılmadığı bildirilir. Bundan sonra həbs olunan şəxslərin aidiyyəti üzrə - o cümlədən prokurorluq orqanlarına müraciət edərək, baş verənlərlə bağlı şikayət etdikləri qeyd olunur.
Məhz bu müraciətlərdən sonra aparılan araşdırmalar zamanı Süleyman Mikayılovun adının prosesdə hallandığı və bunun da onun vəzifədən azad edilməsinə səbəb olduğu bildirilir.
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi































.jpg)



